Türkiyənin məşhur müğənnisi və bəstəkarı Kayahan Açarın Balıkesirin Gömeç rayonunda yerləşən məşhur “Gönül Köşkü” satışa çıxarılıb.
KONKRET.az Türkiyə KİV-nə istinadən bildirir ki, sənətçinin həyatının mühüm hissəsini keçirdiyi və bir çox əsərini bəstələdiyi mülk üçün 130 milyon türk lirəsi tələb olunur.
1609 kvadratmetrlik ərazidə 5 ev
Məlumata görə, “Gönül Köşkü” tək bir evdən ibarət deyil. Ümumi sahəsi 1609 kvadratmetr olan ərazidə bir-birinə bitişik 5 ayrı ev yerləşir.
Hər evin 5 yataq otağı və 1 qonaq otağından ibarət olduğu bildirilir. Mülkün ərazisində həmçinin hovuz və geniş yaşıllıq sahələri mövcuddur.
Dəniz mənzərəsi var
Gömeçdə yerləşən mülkün əsas üstünlüklərindən biri dəniz mənzərəsidir. Hovuz və xüsusi abadlaşdırılmış bağ sahəsi də əmlaka əlavə dəyər qazandırır.
Lakin “Gönül Köşkü”nün əsas özəlliyi onun Kayahanın yaradıcılığı ilə bağlı olmasıdır. Sənətçinin bir çox əsərini məhz burada bəstələdiyi qeyd olunur.
Müğənni, bəstəkar və musiqiçi Kayahan Açar 3 aprel 2015-ci ildə 66 yaşında vəfat edib. Sənətçi yaradıcılığı ərzində çoxsaylı albom və mahnılara imza atıb.
Onun uzun illər yaşadığı “Gönül Köşkü” isə Kayahanın xatirəsi ilə bağlı ən tanınmış məkanlardan biri hesab olunur.
Hazırda sənətçinin adı ilə özdeşləşən mülk 130 milyon türk lirəsi qiymətlə satışa təqdim edilib.\\demokrat.az
