Keçmiş məhkum narkotikə görə saxlanıldıbackend

Keçmiş məhkum narkotikə görə saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*