Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb.
KONKRET.az xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
