Keçmiş xadimə Fransada deputat seçildi – FOTObackend

Keçmiş xadimə Fransada deputat seçildi - FOTO

Fransada Raşel Keke adlı keçmiş xadimə parlament seçkilərinin ikinci turunda deputat seçilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Əvvəllər paytaxt Parisin “Ibis” hotelində çalışan Raşel Keke seçkilərin ikinci turunda ölkənin keçmiş idman naziri Roksana Marasinyanyunu qabaqlayıb. Belə ki, Keke Val-de-Marn Departamentinin 7-ci seçki dairəsində səslərin 50,3%-ni, Marasinyanyu isə 49,7%-ni toplayıb.

Əslən Kot-d’İvuarlı 48 yaşlı Keke seçkilərə “Yeni Xalq Ekoloji və Sosial Birliyi” alyansından qatılıb. Bu, onun üçün ilk parlament seçkiləri təcrübəsi olub.

Qeyd edək ki, 26 yaşında Fransaya gələn Keke ilk olaraq saç ustası kimi fəaliyyət göstərib. 2003-cü ildən isə “Ibis” hotelində xadimə olaraq çalışmağa başlayıb. 5 uşaq anası olan Raşel Keke Fransa vətəndaşlığını 2015-ci ildə əldə edib.

O, 2019-cu ildə əmək haqqlarının artırılması və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı xadimələrin tətilində iştirak edib. Bu aksiyalar çərçivəsində bir neçə dəfə ictimai bəyanatlar səsləndirib və bu zaman populyarlıq qazanıb.

Xatırladaq ki, iyunun 19-u Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Seçkilərin nəticəsinə əsasən, ölkənin hakim “Birgə!” bloku 577 yerdən 245-ni tuta bilib. Bu partiyaya tam üstünlük qazanmağa kifayət etməyib. İkinci pillədə 131 yerlə “Yeni Xalq Ekoloji və Sosial Birliyi” yer alıb. “Milli Birlik” partiyası isə parlamentdə 89 yer qazanıb. Parlament seçkilərinin birinci turu isə iyunun 12-si baş tutub.



Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*