Kəlbəcərdə itkin düşən hərbçinin axtarışından görüntülər – VİDEObackend

Kəlbəcərdə itkin düşən hərbçinin axtarışından görüntülər - VİDEO

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz – baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*