Kəlbəcərdə qadın hərbçimiz öldü – RƏSMİbackend

Kəlbəcərdə qadın hərbçimiz öldü - RƏSMİ

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu İlahə Rəsul qızı Şahverdiyeva idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

***

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatları araşdırılır.

1c1ffd4f 289a 4ab4 8081 746e1c37b2f2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*