Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTObackend

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı torplaqlarında infrastuktur layihələrini davam etdirirlər.

KONKRET.az xəbər verir ki, bu dəfə Qarabağı Ermənistanla  birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.

17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.

Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*