Kəmaləddin Heydərov 5 ay əvvəl təyin etdiyi rəisi işdən çıxardı – FOTObackend

Kəmaləddin Heydərov 5 ay əvvəl təyin etdiyi rəisi işdən çıxardı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar İslam oğlu Tağıyev vəzifəsindən azad edilib.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Digər əmrlə, Ağayev Vüsal Vəzir oğlu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib. Qeyd edək ki, V.Ağayev bu təyinatadək Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi olub.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu vəzifəyə 2026-cı ilin aprel ayında təyin edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*