Kəşfiyyat mənbələri: Rusiya bu ölkələrə hücum edə bilər – SENSASİYAbackend

Kəşfiyyat mənbələri: Rusiya bu ölkələrə hücum edə bilər - SENSASİYA

Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi ərəfədə Skandinaviya ölkələrində həyəcanverici kəşfiyyat məlumatları yayılmağa başlayıb.

KONKRET.az xəbər verir ki, Moskvanın mümkün hücum planları ilə bağlı həyəcanlı açıqlamalar dünyanı qarışdırıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ilə 5-8 il ərzində müharibənin ola biləcəyini desə də, Danimarka Kəşfiyyat İdarəsi Rusiyanın digər ölkələrlə müharibəyə daha tez başlaya biləcəyini açıqlayıb.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bu iddianın kəşfiyyat məlumatlarına əsaslandığını bildirib: “Rusiya çox güman ki, NATO üzvü olan ölkələrə qarşı hərbi gücdən istifadə edəcək”.

Digər tərəfdən, İsveç və Norveç hökumətlərinin də öz vətəndaşlarına Rusiya ilə mümkün münaqişə barədə xəbərdarlıq etdiyi bildirilib. Almaniya mətbuatı Rusiya prezidenti Putinin NATO-ya üzv ölkələrlə sərhədlərə döyüş maşınları və əsgərlər göndərərək psixoloji müharibəyə başladığını yazıb. Məxfi xidmət hazırda birbaşa müharibə ehtimalının aşağı olduğunu bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*