Kim Kardaşyan Bakıya gələ bilər – FOTObackend

Kim Kardaşyan Bakıya gələ bilər – FOTO

Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddi qat dünya çempionu olan britaniyalı “Formula 1” pilotu Luis Hamiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək qran piridə iştirak edə biləcəyi iddia olunur.

KONKRET.az  globalinfo.az-a istinadən xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hamiltonla münasibətlərinin ciddiləşdiyini yazıb.

“Radar Online” yazır ki, Kardaşyanla F1 pilotu münasibətlərini gizlətmirlər, şou ulduzun Monako Qran-Prisi və İtaliya Qran-Pirisinə sevgilisini dəstəkləmək üçün getməsi maraqla qarşılanıb. Hətta Hamiltonun İtaliyanın Monza şəhərində keçirilən yarışa Kardaşyanla tanış etmək üçün anasını gətirdiyi bildirilir. Cütlüyün münasibətlərinin ciddiləşdiyi qeyd olunur.

Xüsusilə Monza yarışından sonra Kardaşyanın Hamiltonu dəstəkləmək üçün Azərbaycan Qran-Prisinə qatılmaq istədiyinə dair insayder məlumatları yayılıb. Lakin hələlik bu məlumatlar təsdiqini tapmayıb və iddia səviyyəsindədir.

Bəzi məlumatlara əsasən, Kardaşyanın sevgilisini dəstəkləmək üçün bu səfər barədə düşündüyü deyilsə də, onun Azərbaycana qarşı mövqeyi və 44 günlük müharibə dövründəki paylaşımları, o cümlədən erməni lobbisi ilə yaxın əlaqələri səbəbilə bu səfərin baş tutması ehtimalı zəif görülür.

Kim Kardashian Lewis Hamilton WSJ Magazine 2021 Innovator Awards 020226 4fa631b05a2944e0a5cbceb547ec8006

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*