Kimya üzrə Nobel mükafatı laureatları AÇIQLANDIbackend

Kimya üzrə Nobel mükafatı laureatları AÇIQLANDI

Stokholmda İsveç Elmlər Akademiyası 2022-ci il Kimya üzrə Nobel mükafatının qaliblərini elan edib.

KONKRET.azİnterfax“a istinadən xəbər verir ki, mükafat klik və bioortoqonal kimyanın inkişafına görə Karolin Bertossi (ABŞ), Morten Meldal (Danimarka) və Barri Şarplessə (ABŞ) veriləcək.

Qeyd edək ki, dünən fizika üzrə Nobel mükafatı laureatları məlum olub. Qaliblər fransız Alen Aspe, amerikalı Con Klauzer və avstriyalı Anton Zeylinger olub.

Oktyabrın 3-də isə isveçli bioloq Svante Paabo “Fiziologiya və ya Tibb” nominasiyası üzrə insan təkamülünü öyrəndiyinə görə Nobel mükafatına layiq görülüb.

Məlumata görə, oktyabrın 6-da Ədəbiyyat üzrə Nobel mükafatının yeni laureatı məlum olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*