Ağdaşda kişi arvadını və oğlunu bıçaqlayıb.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu F.Əhmədova bıçaq xəsarəti yetirib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.
