Məlum olduğu kimi, insanlar haqqında xeyli araşdırmalar aparılıb və bu gün alimlər insan psixologiyasında mühüm nailiyyətlər əldə ediblər. Ancaq tədqiqatlar davam edir. Alimlər, psixoloqlar tədqiqatlarını aparmaqdan dayanmır. Bu baxımdan yeni araşdırmalarla daha tez-tez tanış oluruq. Bu dəfəki araşdırma isə daha maraqlıdır. KONKRET.AZ xəbər verir ki, söhbət kişilərin cazibədar qadınlara olan münasibətindən gedir. Tədqiqatlar göstərir ki, kişilər gözəl xanımlara az etibar edir. Kişilər üçün qadın görünüşündə qüsursuzluq olarsa, bu, onlar üçün ölümcül təsir bağışlayır.
Cazibədar gözəllik xanımıar üçün Allah tərəfindən verilmiş bir lütfdür. Amma psixoloji baxımdan bu, heç də belə deyil. “Gözəl ol, bəxtin olmasın” kimi fikirlər boş yerdən yaranmayıb.
Tanınmış sosial psixoloq Aleksey Roşinin dediyi kimi hamımız gözəllərə həsəd aparmağa öyrəşmişik, amma əslində bizim hisslərimiz onlar üçün həddindən çox kompleks yaradır və çox vaxt hər şeyin istədiyi kimi inkişaf etməməsinə səbəb olur


Eyni zamanda, kişilər üçün gözəllikdən istifadə edən qadınlar cılız sayılır və belə olan halda ətrafına laqeyd yanaşır deyə kişilər onlardan uzaq qaçır.

Kollektivdə onların və onlara davranış modeli də fərqlənir. Buna görə gözəllər daim özlərinə qərəzli münasibət hiss edir. Belə qadınlarda güclü iradə olmalıdır. Yoxsa işçilər cəlbedici həmkarlarına loyal yanaşmır.
Kişilər hesab edir ki, cazibədar xanımıar da əks cinsdən olan heç vaxt etibar etmir. Belə olsa idi, qarşılıqlı münasibətlər yarı yolda kəsilməzdi. Gözəl qadın kişiləri xoşbəxt edə bilmək üçün qüsursuz görünüşləri ilə deyil, ağıl və davranışları ilə məqsədlərinə çata bilərlər.

Psixoloqlar qeyd edirlər ki, kişi ailəsini gözəllik naminə tərk edərkən yalnız cəmiyyət baxımından səhv edir, amma genetika baxımından – xeyr.
Təkamül nəzəriyyələri mütəxəssislərinin fikrincə, cəlbedicilik, potensial tərəfdaş uğrunda mübarizə aparmaq kişilərdə əsas əlamət olub. Amma söhbət təkcə görünüşcə gözəllikdən getmir. Gözəl qadın gözəl dost, gözəl həmsöhbət, gözəl partnyor və gələcəkdə gözəl ana olanda daha qüsursuz hesab oluna bilər. Bu baxımdan gözəllik mütənasiblik və simmetriyaya əsaslanmalıdır.

