KİV: İranda vurulan ABŞ təyyarəsi “F-15E” qırıcısı olubbackend

KİV: İranda vurulan ABŞ təyyarəsi "F-15E" qırıcısı olub

İran ərazisində döyüş uçuşu zamanı vurulan qırıcı ABŞ Silahlı Qüvvələrinə məxsus iki yerlik “F-15E” qırıcısı olub.

KONKRET.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bu məlumatı telekanala ABŞ-nin rəsmi şəxsləri arasındakı həmsöhbətləri təsdiqləyiblər. Onun məlumatına görə, amerikalı hərbçilər vurulan təyyarənin iki ekipaj üzvünün axtarışı əməliyyatını aparırlar.

Xüsusilə, İranın mərkəzi və cənub-qərb rayonlarında alçaq hündürlükdə uçan “C-130” təyyarəsi və iki “UH-60 Black Hawk” helikopteri müşahidə edilib.

Xatırladaq ki, İran ABŞ ordusuna məxsus “F-35” qırıcı təyyarəsinin ölkənin mərkəzi bölgəsində vurulduğunu bəyan etmişdi.\\Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*