KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara REAKSİYAbackend

KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara REAKSİYA

Jurnalistlər üçün inşa olunmuş üçüncü binadakı mənzillərin verilməsi ilə bağlı prosesin yaxın zamanlarda başlayacağı, ilkin mərhələdə 50 jurnalistə mənzil hədiyyə ediləcəyi barədə xəbərlər yayılıb.

KONKRET.az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) mətbuat katibi İlkin Nadirov apa-ya açıqlamasında deyib ki, hələlik inşa olunmuş üçüncü binadakı mənzillərin jurnalistlərə verilməsi məsələsində heç bir yenilik yoxdur.

Bu barədə hər hansı informasiya olsa, ictimaiyyətə məlumat veriləcəyini söyləyən İ.Nadirov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*