Raketlə vurulan Kiyev vağzalından – VİDEO / YENİLƏNİBbackend

Raketlə vurulan Kiyev vağzalından - VİDEO / YENİLƏNİB

Rusiya qüvvələri tərəfindən Kiyevdə təxliyələrin həyata keçirildiyi Cənub Dəmiryolu Stansiyası raketlə vurulub.

KONKRET.az xəbər verir ki, vağzaldakı baqaj otaqlarının pəncərələri dalğaların gücündən sınıb.

Qeyd olunub ki, partlayış baş verən zaman binalar insanlarla dolu olub. Orada olanların xəsarət almadığı bildirilir.

00:17

Xəbər verdiyimiz kimi, Rusiya qüvvələri tərəfindən Kiyevdə təxliyələrin həyata keçirildiyi Cənub Dəmiryolu Stansiyası vurulub.

KONKRET.az xəbər verir ki, vağzalın vurulma anı kameralara düşüb.

Həmin görüntüləri təqdim edirik:

23:31

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsi eşidilib.

KONKRET.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən partlayışın dəmiryolu stansiyası yaxınlığında baş verdiyi bildirilib.

Bildirilib ki, ruslar tərəfindən şəhərin Cənub Stansiyası adlanan hissəsinə raket atılıb.

Hazırda şəhərdə həyəcan siqnalı səsləri eşidilir.

TRT-nin Kiyevdəki müxbiri bildirib ki, bu, indiyədək şəhərdə eşidilən ən güclü partlayış səsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*