Kiyev sakinləri tam təxliyə oluna bilər – Hazırlıqlara başlanılıbbackend

Kiyev sakinləri tam təxliyə oluna bilər - Hazırlıqlara başlanılıb

Kiyev hakimiyyəti elektrik enerjisi böhranı ilə əlaqədar şəhər sakinlərinin “tam təxliyəsi” üçün hazırlıqlara başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşr bildirir ki, Ukrayna paytaxtında məsələ ilə bağlı fəaliyyət planı hazırlanmağa başlayıb. Bu halda üç milyona yaxın sakini Kiyevdən çıxarmaq lazım gələcək.

Kiyev administrasiyasının Bələdiyyə Təhlükəsizlik Departamentinin direktoru Roman Tkaçuk qəzetə təsdiqləyib ki, şəhərin elektrik təchizatı sistemi tamamilə sıradan çıxa bilər. Əlverişsiz senaridə, sistem işləməzdən 12 saat əvvəl səlahiyyətlilərə məlumat veriləcək.

Noyabrın 5-də Ukrayna paytaxtının meri Vitali Kliçko xəbərdarlıq edib ki, Kiyev işıqsız, susuz və istiliksiz qala bilər. Onun sözlərinə bu səbəbdən şəhərdə böyük yanacaq, generatorlar, qida və su ehtiyatı yaradılıb. Əlavə olaraq istilik məntəqələri təchiz olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*