Rusiya Kiyevdəki televiziya qülləsini vurub.
KONKRET.az xəbər verir ki, Ukrayna televiziyaları bu səbəbdən yayımı dayandırıb.
Ölkənin Müdafiə Nazirliyi bir müddət kanalların işləməyəcəyini bildirib. Rusiyanın bundan istifadə edərək, saxta məlumatlar yayacağı ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Qüllənin vurulmasının sakinlər tərəfindən qeydə alınan görüntüsünü təqdim edirik:
19:34
Rusiya hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyevdə “Doroqojiçi” metrostansiyası yaxınlığındakı teleqülləyə raket zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.

