backend

Kiyevdə ticarət mərkəzinə PUA düşdü

Ukraynanın paytaxtı Kiyevin Qoloseyevski rayonundakı biznes mərkəzinə PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqramda məlumat verib.

O, bütün təcili yardım xidmətlərinin yanğının söndürülməsinə cəlb olunduğunu qeyd edib.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xilasedicilər həmçinin ərazidə bir nəfərin cəsədini aşkar ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*