Kiyevdə sahibkarlar Zelenskinin ofisinə tərəf yürüş ediblər və polislə qarşıdurma yaranıb.
KONKRET.az RİA Novosti-yə istinadla xəbər verir ki, etiraz edən sahibkarlar Zelenskinin ofisinə gəlsələr də, polis onları birbaşa binaya buraxmayıb. Onlar Kiyevin mərkəzi küçələri ilə yürüşlərini davam etdiriblər.
Küçələrə çıxanlar nəzarət-kassa aparatlarından istifadənin sadələşdirilmiş sistemi haqqında qanunun qəbul edilməsini və vergi məcəlləsində bir sıra digər yumşalmaların edilməsini tələb edirlər.
Etiraz edən sahibkarlar Ali Radaya daxil olmağa çalışır, lakin hüquq-mühafizə orqanları onları içəri buraxmır, bu da polislə toqquşmalara səbəb olub.
Xuraman Etibarlı,
KONKRET.az
