Komaya düşən tanınmış həkim evə buraxıldıbackend

Komaya düşən tanınmış həkim evə buraxıldı

Sentyabrın əvvəlində mədəkiçiltmə əməliyyatından sonra komaya düşərək Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış oftalmoloq, “Universal” hospitalın baş həkimi Aytən Sultanova evə buraxılıb.

KONKRET.az-ın xəbərinə görə, Mərkəzi Klinik Xəstəxanadan Teleqraf-a bildirilib ki, artıq A.Sultanova sözügedən xəstəxanada müalicə almır.

Həkimin yaxınlarından əldə etdiyimiz məlumata görə, oftalmoloq komadan ayılıb və evə aparılıb, amma tam hərəkətsiz və anlaqsız vəziyyətdədir.

Qeyd edək ki, A.Sultanovanın mədəkiçiltmə əməliyyatından sonra güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə etməsi nəticəsində səhhəti ağırlaşmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*