Nyu-York şəhərində 4 mindən çox insan koronavirusa yoluxaraq həyatını itirib.
KONKRET.az xəbər verir ki, həmin insanlar üçün Hart adasında müvəqqəti məzarlıqlar qazılmağa başlayıb.
Hart adasında 1918-ci ildə İspan qripindən ölənlər kütləvi şəkildə dəfn olunub. Həmin ada bu günə kimi nüvə silahlarının anbarlarına və həbsxanaya ev sahibliyi edib. Şəhərin meri Mark Levin bildirib ki, 10 tabutun yanaşı gətirilə biləcək ölçüdə məzarların qazılmasına dair göstəriş verilib. O, bu vəziyyətin həm onlar üçün həm də insanlar üçün çətin olduğunu bilsə də başqa çarələrinin olmadığını dilə gətirib.
