ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) koronavirus pandemiyasını Çin hökumətinin nəzarətində olan laboratoriyadan sızma olduğunu hesab edir.
KONKRET.az REN TV–yə istinadən xəbər verir ki, müvafiq bəyanatla büronun direktoru Kristofer Rey çıxış edib.
“Pandemiyanın mənbəyi çox güman ki, Vuhandakı laboratoriya hadisəsidir”, – o deyib.
FTB direktoru, həmçinin Çin hökumətini pandemiyanın səbəblərini müəyyənləşdirmək işinə müdaxilə etməkdə ittiham edib.
Qeyd edək ki, fevralın 26-da ABŞ Energetika Nazirliyi COVID-19-un səbəbini laboratoriya sızması adlandırıb.
Ağ Evin sözçüsü Con Kirbi Vaşinqtonda bu mövzuda konsensus olmadığına diqqət çəkib.
İqbal Rzayev,
KONKRET.az
