Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı necə veriləcək? – Mikayıl Cabbarov açıqladıbackend

Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov 

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməlidir. Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını əsas götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.

  • Sevda
    Aprel 6, 2020 - 22:49

    Menim yoldasim ofisant isleyir gune muzdlu isci idi.indi hal hazirda islemir bu korona virusa gore.yardim dusur bize.az yasli usagimiz var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*