“Martın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Yeni klinikanın açılışı oldu. Həmin günün səhərindən başlayaraq həmin klinikada yeni tip koronavirusa (Covid-19) yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlandı”.
KONKRET.az-ın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O, qeyd edib ki, hazırda ölkə üzrə koronavirusa yoluxan aktiv xəstələrdən 37-nin durumu ağırdır: “Həmin xəstələrin 20-dən çoxu məhz “Yeni klinika”da müalicə alır”.