backend

Koronavirusa yoluxan azərbaycanlı sağaldı - GÜRCÜSTANDA

Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani ölkənin Birinci kanalına bildirib.

Onun sözlərinə görə, pasiyentin COVID-19 infeksiyası ilə bağlı ilkin testi mənfi nəticələnib.

L.Ratiani deyib ki, sabah təkrar test aparılacaq və qadın bir neçə gündən sonra evə buraxılacaq.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma 174 nəfərdə təsdiqlənib. Onların 36-sı sağalıb, 2-si isə ölüb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*