Avstriyada koronavirusa yoluxmaqda şübhəli bilinən 31 yaşlı qadın axşam saatlarında Salzburg şəhərində yerləşən xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən qaçıb.
KONKRET.az xəbər verir ki, avstriyalı qadın xəstəxanaya çərşənbə axşamı yerləşdirilib. Onun koronavirus testinin nəticələri çərşənbə gün günortadan sonra açıqlanmalı idi. Xəstənin qaçmasının səbəbi bəlli deyil.
Hazırda Avstriya polisi onu axtarır.
