Madaqaskar Prezidenti Andri Rajoelina bitkilərdən hazırlanan koronavirusa qarşı yerli dərman preparatını istifadəyə təqdim edib.
KONKRET.az xəbər verir ki, ölkə rəhbəri dərmanın testdən keçirildiyini, iki nəfərin müalicə olunaraq sağaldığını deyib.
“Bu bitki çayı yeddi gün ərzində nəticə verir. Mən bu gün ilk dəfə sizin gözünüzün qarşısında dərmanı içəcəyəm və məhsulun insanı öldürmədiyini, əksinə sağaltdığını görəcəksiniz”, – deyə Prezident əlavə edib.
“Covid-Organics” adlandırılan dərman malyariyanın müalicəsində ekkeftiv olan yovşan və digər bitkilərdən hazırlanıb.


metbuat.az
