Koronavirusun yeni növü çinli alimlərlə birgə araşdırılacaq – ÜSTbackend

Koronavirusun yeni növü çinli alimlərlə birgə araşdırılacaq - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti koronavirusun yeni növünü müəyyən etmək üçün yanvarın 14-də Çinə gedəcək.

KONKRET.az xəbər verir ki, TASS bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, səfər zamanı xarici mütəxəssislər çinli alimlərlə birlikdə araşdırma aparacaqlar.

Xatırladaq ki, daha əvvəl Çin səlahiyyətliləri beynəlxalq ekspert qrupunun gəlməsinə icazə verilməsi mövzusunu təxirə salmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*