Koronovirus Kanadanı da çökdürdübackend

Koronovirus Kanadanı da çökdürdü

Bu ilin aprel ayında ölkənin ümumdaxili məhsulunda 11 faiz azalma qeydə alınıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, iqtisadiyyatda belə bir eniş sonuncu dəfə ötən əsrin 60-cı illərinin əvvəllərində qeydə alınıb. Bu barədə Kanadanın Statistika Xidməti məlumat yayıb. Ölkə iqtisadiyyatının bu qədər itkiyə məruz qalmasının tək səbəbi isə təbii ki, COVİD-19 pandemiyasıdır.

Pandemiya dövründə ən çox itkiyə məruz qalan iqtisadiyyatın xidmət və pərakəndə ticarət sektorudur. Bu sahə apreldə  36,9 faiz geriləmə qeydə alınıb.

Nəqliyyat və anbar sektorundakı itkilər isə 12,2 faiz olub.Ən çox itkilərə məruz qalan sahələrdən biri də aviadaşımalar olub. Belə ki, aviadaşımalarda bu itki ötən ay 40 faizi keçib. “Reuters”-in “Bu itkiləri hansı müddətə bərba etmək olar?” sualına  “Royal Bank of Canada”-nın baş iqtisadçısı Hatan Cenzen belə cavab verib: “Bu iqtisadiyyatdan daha çox koronovirusun davametmə müddətindən asılıdır”.

SURXAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*