Çexiyada 16 həftəlik hamilə olan Mertva Eva adlı qadın aprel ayında iflic keçirərək xəstəxanaya yerləşdirilib.
Konkret.az xarici KIV-ə istinadən bildirir ki, xəstəxanada görülən bütün müdaxilələrə baxmayaraq beyin ölümü keçirən 27 yaşlı qadın 117 gün aparata bağlı şəkildə həyatına davam edib. 15 avqust tarixində keysəriyyə əməliyyatı olan qadının körpəsi dünyaya gəlib. Eliska adı qoyulan və 2,5 kiloqram çəkisi olan körpənin sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Beyin ölümü keçirən qadın bir ananın vəzifələrini yerinə yetirə bilmədiyi üçün bu işi onun yaxın qohumları və tibb bacıları öz üzərinə götürüb. Ailəsi həftədə bir neçə dəfə Evanı ziyarət edərək doğulmamış körpəylə danışıb, ona çex mahnıları və şeirləri oxuyublar. Bu müddət ərzində Evanın qarnına masaj ediblər.
Həkimlər belə hadisənin dünyada sadəcə 20 dəfə olduğunu bildirib.
Mətbuat.az