Texnologiyanın gündən-günə inkişaf etməsi artıq kosmosda otelin inşasını reallaşdırıb. Bu da bir ilkdir.
Konkret.az türk mətbuatına istinadən bilidirir ki, hazırda kosmosda otel inşa edilir. “Gateway” Fondu tərəfindən inşa edilən və Alman alimi Von Braunun adını daşıyan kosmik otel Orbitdə yerləşəcək.
Otel xarici halqa ilə daxili halqanı bir-birinin ətrafında fırladaraq, süni cazibə yaratmaq üçün nəzərdə tutulub. 400 nəfərlik otel, mətbəx, restoran və kinoteatrdan ibarətdir.
Otelin inşası isə 2025-ci ildə yekunlaşacaq.
Virtualaz.org

