Kosovo ordusu Serbiyanın şimal hissəsinə bu gecə HÜCUM EDƏCƏK – Vuçiç – FOTO/VİDEObackend

Kosovo ordusu Serbiyanın şimal hissəsinə bu gecə HÜCUM EDƏCƏK - Vuçiç - FOTO/VİDEO

“Kosovo ordusu Serbiyanın şimal hissəsinə gecə yarısı hücum planlaşdırır”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edib. O bildirib ki, Kosovo ordusu avqustun 1-də gecə yarısı Serbiyanın şimal hissəsinə hücum etmək niyyətindədir.

Bu gün dövlət başçısı Kosovodakı vəziyyətlə bağlı xalqa təcili müraciət etmək niyyətindədir.

Hakim Serb Tərəqqi Partiyasının deputatı Vladimir Cukanoviç də Balkanların denasifikasiyası ilə bağlı tvit paylaşıb.

Hazırda Şimali Kosovonun hər yerində həyəcan siqnalı verilir, kilsələr və monastırlar yarım saatdan artıqdır ki, fasiləsiz olaraq zənglərini çalır.

Qey edək ki, eyni hal 1999-cu ildə də baş vermişdi.

Son məlumatlara görə, artıq  Yarinye keçid məntəqəsində serblər arasında güllə yarası alanların olduğu bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*