Rusiyanın Krasnodar vilayətində gecə saatlarında baş verən pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində ağır insan tələfatı və infrastruktur zədələri qeydə alınıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Kuban vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, vurulan bir PUA-nın qalıqları Krasnodardakı xüsusi uşaq mərkəzinə düşüb.
Hadisə nəticəsində 2 uşaq həlak olub, 7 uşaq isə yaralanıb.
Bundan əlavə, 2 nəfərin də xəstəxanaya yerləşdirilərək müalicə altına alındığı bildirilib.
PUA qalıqlarının düşməsi nəticəsində ətrafdakı çoxmərtəbəli yaşayış binaları və tikintisi davam edən bir bina da zərər görüb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
