Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank məlumat yayıb.
Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.
Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Mən pensiyaçı kimi 2018-ci ildə 4000 AZN istehlak krediti götürmüşəm. Hal-hazırda 2800 manat borcum qalıb.Bu pandemiya ilə əlaqədar borclarım silinsəydi yaxşı olardı.
Sen adiyati yoxdu cunki pensiyani vaxti vaxtinda almisan ne deyiwib sen ucun sadece evinde oturmusan
Boş şeydi