Kreml Alla Puqaçovanın “xarici agent” elan ediləcəyindən xəbərsizdirbackend

Kreml Alla Puqaçovanın “xarici agent” elan ediləcəyindən xəbərsizdir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması təklifi ilə prokurorluğa müraciətdən məlumatı olmadığını bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Peskov jurnalistlərin Kremlin bu məsələ ilə bağlı mövqeyini aydınlaşdırmaq istəyinə belə cavab verib:

“Düzünü desəm, bu barədə heç nə bilmirəm. Mən bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama eşitməmişəm”.

Qeyd edək ki, martın 27-də Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib ki, Baş Prokurorluq onun müraciətindən sonra Ədliyyə Nazirliyinə müğənni Alla Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edib. Baş Prokurorluq onun xahişinə müsbət cavab verib. Bu prosedurun başlandığını Dövlət Dumasının deputatı Sergey Solovyov da təsdqləyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*