Kreml Konstitusiyada ediləcək düzəlişlərin məqsədini açıqladıbackend

Kreml Konstitusiyada ediləcək düzəlişlərin məqsədini açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Konstitusiyada ediləcək düzəlişlərin məqsədini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı gazeta.ru saytı yayıb.

Onun sözlərinə görə, düzəlişlər ölkənin bütün dövlət sisteminin keyfiyyətli inkişafını təmin etmək üçün nəzərdə tutulub.

Peskov deyib ki, gələcəkdə Vladimir Putin Rusiyanın yolunu sosialyönümlü dövlət kimi davam etdirməyi planlaşdırır.

O, həmçinin Rusiya Federasiyasının bütün dövlət sisteminin mütərəqqi, keyfiyyətli inkişafını və təkmilləşdirilməsini təmin etmək istəyir.

Rusiya Prezidenti Vladimir Putin Federal Şuraya göndərdiyi bir sıra dəyişikliklərin Konstitusiyada edilməsinin zərurətini bəyan edib.

Bundan əvvəl məlum olub ki, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı layihəyə təxminən 90 düzəliş Dövlət Dumasına daxil edilib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*