Kreml “nüvə oyunları”ndan uzaqlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri məlumat yayıblar.
Rusiya Federasiyası Qərb müttəfiqləri vasitəsilə Ukraynaya təsir etməyə cəhd etmək üçün nüvə zərbəsi ilə hədələməkdə davam edə bilər. Bu cür taktika Kiyevi zorla danışıqlar masası arxasına oturtmaq cəhdlərində uğursuzluğa səbəb olacaq. Moskva bu yolla Kiyevi danışıqlara məcbur edə bilməyəcək.
Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı azdır. Eyni zamanda qeyd edilir ki, Moskva özünün nüvə ritorikasını deeskalasiya etmək üçün tədbirlər görür.
“Ukrayna və onun beynəlxalq havadarları açıq şəkildə bəyan ediblər ki, onlar silahla danışıqlara razı olmayacaqlar və Ukraynanın öz ərazilərindəki suveren hüququndan imtina etməyəcəklər”, – bəyanatda deyilir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Rusiya Prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə əlaqə saxladığı məlumdur.
Bundan əlavə, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin oktyabrın 26-da qeyd edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarlarına zəng edərək, Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə etmək planının olmadığını bildirib.
Həmçinin, Çin lideri Si Cinpin noyabrın 4-də deyib ki, “beynəlxalq ictimaiyyət nüvə silahının istifadəsinə və ya istifadə hədəsinə birgə qarşı çıxmalı, nüvə silahının qarşısını almaq üçün nüvə silahından istifadə edilməməsi və nüvə müharibələrinin aparılmamasını müdafiə etməlidir”.
Xuraman Etibarlı,
KONKRET.az
