Kreml Odessaya raket hücumunu təkzib etdi: “Mülki hədəfləri vurmuruq”backend

Kreml Odessaya raket hücumunu təkzib etdi: “Mülki hədəfləri vurmuruq

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Odessa vilayətinə raket hücumu nəticəsində yaşayış binası və istirahət mərkəzinin dağılması, 11 yaşlı uşaq da daxil olmaqla 19 yerli sakinin həlak olması ilə bağlı xəbərləri şərh edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İnterfaks agentliyi yayıb.

“Rusiyanın Ali Baş Komandanı, prezident Vladimir Putinin sözlərini bir daha xatırlatmaq istəyirəm ki, silahlı qüvvələrimiz xüsusi hərbi əməliyyat zamanı mülki hədəflərə və mülki infrastruktura zərbə endirmir”, – deyə Peskov bildirib.

Xatırladaq ki, rəsmi Moskva Kremençuqda yerləşən ticarət mərkəzinə edilən raket hucumunun da rus ordusu tərəfindən həyata keçirildiyini təkzib etmişdi.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*