Kreml Ukraynadakı müharibəni dondurmaqdan İMTİNA ETDİbackend

Kreml Ukraynadakı müharibəni dondurmaqdan İMTİNA ETDİ

Kreml Ukraynadakı müharibəni dondurmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib.

O bildirib ki, Rusiya Ukraynada müharibənin dondurulmasına qarşıdır və öz məqsədlərinə hərbi və ya digər mövcud vasitələrlə nail olmaq niyyətindədir,

“Rusiya yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanını nəzərdən keçirir: öz maraqlarını təmin etmək, Rusiyanın qarşısında duran məqsədlərə ya xüsusi hərbi əməliyyat, ya da digər mövcud vasitələrlə nail olmaq”, – Peskov deyib:

Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişənin sülh yolu ilə həllindən danışmaq hələ tezdir.

“Hələ ki, sülh yolu ilə nizamlanma üçün heç bir ilkin şərt yoxdur”, – o vurğulayıb.

Peskov əlavə edib ki, “Rusiya Federasiyası ilə hər hansı danışıqlar Ukrayna hakimiyyəti tərəfindən qadağan olunub”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*