Kremldən İrəvana mesaj: “Aİ-yə gedə bilərsiniz, amma Rusiyanın hesabına yox”backend

Kremldən İrəvana mesaj: "Aİ-yə gedə bilərsiniz, amma Rusiyanın hesabına yox"

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburg Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində “RİA Novosti” agentliyinə verdiyi açıqlamada İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri tamamilə kəsmək ehtimalını şərh edib.

KONKRET.az xəbər verir ki, Overçuka görə, əgər İrəvan Avropa İttifaqında özünü Aİİ-dən daha yaxşı hiss edəcəyini düşünürsə, bu seçimi edə bilər, lakin bu addım Rusiyanın maraqlarına zərər vurmamalıdır.

“Biz ermənilərin özləri üçün nəyi daha yaxşı hesab etmələrinin tərəfdarıyıq. Əgər onlar Avropa İttifaqında daha rahat və daha yaxşı olacaqlarını düşünürlərsə, əlbəttə ki, oraya gedə bilərlər”, — deyə Rusiya hökumətinin rəsmisi vurğulayıb.

Lakin o, eyni zamanda eyham vurub ki, rəsmi İrəvanın iqtisadi platformaları dəyişməsi Rusiyaya qarşı yönəlməməli və mövcud öhdəliklərə xələl gətirməməlidir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*