“Kremlə zəif Ermənistan yox, güclü Azərbaycan lazımdır” – İLGİNC TƏHLİL – ÖZƏLbackend

"Kremlə zəif Ermənistan yox, güclü Azərbaycan lazımdır" - İLGİNC TƏHLİL - ÖZƏL

“Kremlə zəif sadiq müttəfiqlər yox, vacib sahələrə nəzarət edən və nə isə təklif etməyə qadir olan güclü oyunçular lazımdır”.

KONKRET.az xəbər verir ki, erməni mətbuatı Rusiya və Azərbaycan Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməsini günlərdir ki, müzakirə edir. Erməni mediasında gedən Rusiya və Azərbaycan münasibətlərinə həsr olunmuş analitik yazılardan birini təqdim edirik:

Rusiya və Azərbaycan Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalayıb. Bu il Moskva ilə Bakı arasında diplomatik münasibətlərin qurulmasından düz 30 il keçir. Fon da kifayət qədər maraqlı seçilib – Kremlin DXR və LXR-in müstəqilliyini tanıması. Niyə indi? Bu, region üçün nə deməkdir və Ermənistan hansı nəticələrlə üzləşə bilər?

Deməli, qəti və hətta riskli addımlar mərhələsi gəlib çatıb. Bu addımlar Rusiya üçün oyunçu statusunu möhkəmləndirməlidir, onsuz sistemin gələcək strukturunu formalaşdırmaq mümkün deyil.

Azərbaycan 30 il ərzində özünü istənilən oyunçuya, o cümlədən Rusiya və ABŞ-a sərt “yox” deyə bilən subyekt kimi göstərib. Və bunun bir çox təzahürləri var idi, o cümlədən Rusiyanın  Qəbələdən RLS bazasının nümayişkaranə çıxarılması. Hələ indiki zamanda, Əliyev bir əli ilə Moskvada Rusiya ilə müttəfiqlik bəyannaməsini imzalayarkən, onun İrəvandakı nümayəndə heyəti (bunun özünəməxsus tarixi-siyasi cazibəsi var) Avronest Parlament Assambleyasının iclasında son dərəcə aqressiv anti-Rusiyaya bəyanatına səs verir.

Məntiq nədir? Çox sadədir: Kremlə zəif sadiq müttəfiqlər yox, vacib sahələrə nəzarət edən və nə isə təklif etməyə qadir olan güclü oyunçular lazımdır. Türkiyə ilə münasibətlər də eyni məntiqdən irəli gəlir.

İstəsək də, istəməsək də, orta perspektivdə Zaqafqaziyanın memarlığı qızğın rəqabət aparan, eyni zamanda bir-birini tarazlayan Şuşa (Türkiyə və Azərbaycan) və Moskva (Rusiya və Azərbaycan) bəyannamələri əsasında formalaşacaq.

Ermənistanı nə gözləyir? İrəvan obyektiv olaraq nəinki Avrasiya, həm də Transqafqaz trekində “səs verən” oyunçu statusunu itirdi. Elita Ankara və Bakı ilə yaxınlaşma kursunu müəyyənləşdirib. Ermənistan 1994-cü ildən bu yana müxtəlif templərdə və formatlarda davam edən total suverenləşdirmə və dövlətsizləşdirmə prosesini “sülh, qonşuluq və məmnun gələcək” kimi qondarma siyasət naminə başa çatdırmağa hazırdır.

Erməni tərəfi böyük geosiyasi oyun oynamaq, öz üzərinə hansısa funksiya və ya səlahiyyət götürmək istəmir. Hətta gələcək sərhədlərin demarkasiyası və indikilərin mühafizəsi ilə bağlı sualları o, ciddi-cəhdlə üçüncü tərəflərə həvalə edir. Almaniya kansleri Bismark deyib ki, siyasət mümkün olanın sənətidir. Görünür, müasir Ermənistan dünyanı dərk etmək alqoritminə hətta “mümkün” kateqoriyasını da daxil etməyə hazır deyil. İndiyə qədər hər şey daha sadə görünür: gözdən uzaq, ağıldan kənar”.

Xuraman Etibarlı,

KONKRET.az

  • Garachanta
    Fevral 24, 2022 - 19:11

    siz millətimizi və Türk Dünyasını bu qədərmi axmaq sayırsınız?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*