Krım körpüsündə bu səbəbdən hərəkət DAYANDIRILDI – VİDEObackend

Krım körpüsündə bu səbəbdən hərəkət DAYANDIRILDI - VİDEO

Krım körpüsü tüstüyə bürünüb. Səlahiyyətlilər nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə regionun “rəhbəri” Sergey Aksenov bildirib. O deyib ki, Krım körpüsü ərazidə keçirilən təlimlərə görə bağlanıb.

Hərəkətin bərpası ilə bağlı əlavə məlumat veriləcək.

Bundan əvvəl sosial şəbəkələrdə Krım körpüsünün üzərindən tüstülənən video yayılıb.

“Taman” yol idarəsi izah edib ki, körpünün ərazisində müşahidə olunan tüstü təlimlərlə bağlıdır.

Lakin bir qədər əvvəl Rusiya mətbuatında bu gün səhər saatlarında Qara dənizdə Bosfor boğazını tərk etdikdən sonra üç dəniz pilotsuz uçan aparatının Rusiyaya məxsus 18280 “İvan Khurs” kəşfiyyat gəmisinə hücum etməsi barədə məlumatlar yayılmağa başlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*