KTMT istənilən təcavüzü dəf etməyə HAZIR OLMALIDIR – Qırğızıstanın müdafiə naziri – VİDEObackend

KTMT istənilən təcavüzü dəf etməyə HAZIR OLMALIDIR - Qırğızıstanın müdafiə naziri - VİDEO

“KTMT istənilən təcavüzü dəf etməyə hazır olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov “Zvezda” telekanalının “Hərbi qəbul” proqramına müsahibəsində deyib.

O bildirib ki, KTMT istənilən təcavüzü dəf etməyə hazır olmalıdır.

Bekbolotov bildirib ki, Qırğızıstan kontingenti səhər saat 12-də Qazaxıstana gəlib və üç saat sonra lazımi obyektləri zəbt edib. KTMT-nin çevik qərarları və onların dəqiq icrası vəziyyətə müsbət təsir edən əsas amil rolunu oynayıb.

“Bu gün biz qarşıya qoyulan vəzifələri yerinə yetirmək bacarığımızı praktikada göstərdiyimiz ilk nümunədir. Allaha şükürlər olsun ki, bu dəfə dinc missiyanı yerinə yetirdik. Lakin hərbi təşkilat kimi KTMT istənilən təcavüzü dəf etməyə hazır olmalıdır”, – deyə müdafiə naziri qeyd edib.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*