Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası təxirə salınıb.
“RİA Novosti”nin yazdığına görə bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
“KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb”, – deyə KTMT mətbuat katibi bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT-nın baş katibi Stanislav Zasın təşəbbüsü ilə iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Həmin məlumat KTMT-nin saytında yerləşdirilib.
Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb.
