Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclasını keçirəcək – Cəbhədəki vəziyyətlə bağlıbackend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclasını keçirəcək - Cəbhədəki vəziyyətlə bağlı

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının təcili iclası keçiriləcək.

KONKRET.az politik.am-a istinadən xəbər verir ki. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, KTMT baş katibi Stanislav Zas iyulun 13-də KTMT Daimi Şurasının təcili iclasına təşəbbüs göstərib.

İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından mövqelərimizi atəşə tutublar.

Azərbaycan Ordusunun hərbçiləri – çavuş Sadıqov Vüqar Lətif oğlu və böyük əsgər Məmmədov Elşad Dönməz oğlu düşmənin hücumunu dəf edərkən ölüblər.

Həkimlərin səylərinə baxmayaraq, Azərbaycan Ordusunun ağır yaralı hərbçisi Daşdəmirov Xəyyam Maqomed oğlu da şəhid olub.

İyulun 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik qalıb.

Qeyd edək ki, bu gün səhər tezdən Ermənistanın xarici işlər naziri kömək üçün KTMT baş katibinə zəng edib.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*