KTMT-nin məsuliyyət zonasında informasiya müharibəsi BAŞLAYIBbackend

KTMT-nin məsuliyyət zonasında informasiya müharibəsi BAŞLAYIB

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyəti sahəsində real informasiya müharibəsi gedir. Kompüter hücumlarının sayında eksponensial artım müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü KTMT Katibliyinin nümayəndəsi Aleksandr Kuznetsov “İnfoforum-Soçi” informasiya təhlükəsizliyi üzrə IX Cənub Konfransında bildirib.
“Dövlətlərimizin informasiya infrastrukturlarına qarşı kiberhücumların sayı artıb. Kompüter hücumlarının eksponensial artımı var və onların sayı dəfələrlə artıb, əksəriyyəti kompüter xarakterlidir. Cari ildə həmin sahədə qarşıda duran vəzifələr daha da güclənmiş, daha ciddi və miqyaslı xarakter almışdır. Əslində, KTMT-nin məsuliyyət zonasının informasiya məkanında əsl aqressiya baş verib”, – deyə Kuznetsov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*