KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcəkbackend

KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclası yanvarın 13-ü keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Onun sözlərinə görə, iclas zamanı Qazaxıstanda sülhməramlı əməliyyatın həyata keçirilməsi müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, iclasda KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoliy Sidorov və KTMT-nin Baş katibinin müavini Tahir Xayruloev da iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*