KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması Solovyov və Baqdasarovu özündən çıxardı – VİDEOLARbackend

KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması Solovyov və Baqdasarovu özündən çıxardı - VİDEOLAR

KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması qərarı türk düşməni Solovyov və Baqdasarovu özündən çıxarıb.

KONKRET.az xəbər verir ki, ermənipərəst Vladimir Solovyovun aparıcılıq etdiyi “Полный контакт” verilişində canlı efirdə Semyon Baqdasarov Qazaxıstanın və rəhbərlərinin ünvanına tənqidlər yağdırıb. KTMT sülhməramlılarının onların fikrincə “təcili” çıxarılması nə Solovyovun, nə də Baqdasarovun ürəyincə olmayıb.

Deməli, “sülhməramlılar” həmişəlik gəlibmiş. Baqdasarov deyir ki, bu nə deməkdir, pul xərcləyib, uzaq yol gəlib, ordu tökmüşük bura, indi də deyirsiniz, sağ olun, daha lazım deyilsiniz.

“KTMT sizin üçün oyuincaqdır? Bu nə deməkdir? İşinizi gördülər, indi gedin deyirsiz. Pullar xərclənib, Qazaxıstan xilas olunub. Prezident Tokayev yaxşı fikirləşsin, gələn dəfə Rusiya ona kömək etməyəcək. Şübhəsiz ki, bu hadisə yenə olacaq, şübhə etmirəm”, – Baqdasarov deyib.

Solovyov əməlli-başlı isterikaya düşüb. Türklərə nifrətini gizlədə bilməyən Solovyov az qala Qazaxıstana səslənib:

“Bir də nə vaxt terrorçular dağıdıb-tökəcəklər? Nə edəcəksiniz, kimi çağıracaqsınız? Kimlə oyun oynayacaqsınız? Siz narahatsınız ki, KTMT ordusu özünü göstərdi, Turan ordusu sizə köməyə gəlmədi? Turan ordusu kimin tərəfində olacaqdı, özünüzə sual verin”, – deyə Solovyov bütün emosiyaları ilə türklərə qəzəbini bir daha göstərib.

Ətraflı videolarda:

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*