KTMT Ukraynada keçirilən “xüsusi əməliyyat”da Rusiyaya DƏSTƏK VERMİRbackend

KTMT Ukraynada keçirilən "xüsusi əməliyyat"da Rusiyaya DƏSTƏK VERMİR

KTMT Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiyaya dəstək vermir.

KONKRET.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın daxil olduğu hərbi-siyasi beynəlxalq təşkilat) üzv ölkələr Ukraynada hərbi əməliyyatlarda iştirak etmək arzusunda deyil.

Rusiya Federasiyasının təkidinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatların aparılması ilə bağlı qərar qəbul etmək istəmirlər.

Aprelin 15-də Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov bildirib ki, Qazaxıstan Ukraynaya milli qoşun göndərmək üçün müraciət almayıb. O, KTMT-nin hərbi komitəsinin son iclasında Ukrayna ərazisində xüsusi əməliyyatda iştirak məsələsinə baxılmadığını təsdiqləyib.

Hazırda KTMT-yə üzv olan bütün ölkələr (Rusiya Federasiyası və Belarus istisna olmaqla) Ukraynada xüsusi əməliyyatın keçirilməsi məsələsində bitərəfdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*